Рейтинг@Mail.ru

Astana şəhərində IV Avrasiya Forumu keçirilmişdir

  • 16 Sentyabr 2016

12-13 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində “Mərkəzi Asiya 2050 – Regionun Potensialının Açılması” mövzusuna həsr olunmuş IV Avrasiya Forumu keçirilmişdir.

 

İsveçrə Milli Bankının (Swiss National Bank) maliyyə dəstəyi ilə təşkil edilən tədbirin həm-təşkilatçıları Nazarbayev Universiteti (Qazaxıstan), Milli Analitik Mərkəz (Qazaxıstan)İnkişaf Etməkdə Olan Bazarlar Forumu (ABŞ) olmuşdur.

 

Tədbirdə İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin baş elmi işçisi Malik Mehdiyev iştirak etmişdir. Tədbirdə məqsəd 15 tanınmış tədqiqatçı tərəfindən hazırlanmış Mərkəzi Asiya regionunda 2050-ci ilə doğru əldə olunması arzu olunan perspektiv ifadə edilmiş tədqiqatın tədqimatı və geniş müzakirəsindən ibarət olmuşdur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



253.png
  • 16 Sentyabr 2016
  • 1368