Рейтинг@Mail.ru

Asiya Tədqiqat Siyasəti (APR) Jurnalı məqalələrin qəbulu üçün çağırış ELAN EDİR!

  • 27 Sentyabr 2016

Asiya Tədqiqat Siyasəti (APR) Jurnalı 7-ci cildin 2-ci sayı (Dekabr 2016-cı il)

üzrə məqalələrin qəbulu üçün çağırış

ELAN EDİR! 


Asiya Tədqiqat Siyasəti (APR) Jurnalı Koreyanın Elm və Texnoloji Qiymətləndirmə və Planlaşdırma İnstitutunun (KISTEP) ildə iki dəfə çap olunan sahələrarası beynəlxalq nəşridir.

 

APR-in məqsədi Asiyada tədqiqat siyasəti və innovasiya fəaliyyəti üzrə kollektiv biliyin artırılması məqsədi daşıyır. Sizlərin təşəbbüsü ilə APR tədqiqatçılar üçün akademik (elmi) ilham, siyasət qərarları qəbul edənlər üçün təcrübi siyasət təcrübəsi və nəhayət sənaye mütəxəssisləri üçün biznes sezgi olmağa davam etdirəcək.

 

Jurnalın çap versiyasının ISSN nömrəsi 2093-3509, elektron versiyası üçün ISSN nömrə 2234-1889-dur. 

 

ARP xüsusilə elm və texnoloji siyasətin müxtəlif aspektlərinə istinad edən aşağıdakı mövzularda məqalələrin qəbuluna maraqlıdır:

 

Tədqiqat və İnkişafın İdarəolunması;

Elm/Tədqiqat Siyasəti;

Texnoloji İdarəetmə/Siyasət/Strategiya;

Səlahiyyət/Bacarıq;

Elm və Texnoloji Qiymətləndirmə;

İnnovasiyanın İdarəolunması/Siyasət/Strategiya;

Biliyin yaradılması, ötürülməsi və istismarı;

İnnovasiyanın Milli/Regional Sistemi;

-Təşkilati öyrənmə və sınaq;

Məhsul və istehsal prosesinin inkişafı;

Sənaye klasterləri.

 

Məqalələrin təqdim edilməsi və nəşri üçün rüsum tələb olunmur. Əlavə məlumat almaq və 28 oktyabr 2016-cı ilədək məqalələrin təqdim edilməsi üçün APR-in internet səhifəsini izləyin: www.arpjournal.org

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



254.jpg
  • 27 Sentyabr 2016
  • 1385