Рейтинг@Mail.ru

Doktorant, alim və tədqiqatçıların nəzərinə! STEPI 2017-ci il üzrə Tədqiqat Təqaüdü ELAN EDİR!

  • 12 Oktyabr 2016

            Elm və Texnoloji Siyasət İnstitutu (STEPI) doktorant, alim və tədqiqatçıları 2017-ci il üzrə STEPI Tədqiqat Təqaüd Proqramına müraciət etməyə dəvət edir.   

 

Proqramın məqsədi elm, texnologiya və innovasiya (STI) siyasəti ilə bağlı problemlər üzrə tədqiqatların aparılmasını təşviq etmək və dünyanın STI siyasəti üzrə tədqiqat aparan alim və doktorantları arasında şəbəkənin qurulmasıdır.

 

Şərqi Asiya ölkələrində STI siyasətinin müxtəlif məsələlərinə həsr olunan Təqaüd Proqramının dəstək fondu 5000 ABŞ dollarınadəkdir.

 

Tədqiqatın nəticələri Şərqi Asiya ölkələrində STI siyasətinə həsr olunan beynəlxalq “STI Policy Review” Jurnalında çap olunması dəstəklənəcəkdir. 

 

Maraqlananlar aşağıdakı sənədləri İngilis dilində təqdim etməlidir:

 

(i) Tədqiqat təklifi;

Tədqiqat təklifi beş səhifədən çox olmayaraq hazırlanmalı, xüsusilə Şərqi Asiya ölkələrini əhatə edən STI siyasətinə dair məsələlər üzərində nəzəri və yaxud empirik tədqiqata həsr olunmalıdır.

Tədqiqat təklifinə daxil olmalıdır:

a) tədqiqatın mövzusu;

b) tədqiqatın məqsədi;

c) tədqiqatın nəzəri əsası/tədqiqat sualı;

d) tədqiqatın metodologiyası;

və e) tədqiqat planı.

 

(ii) Bioqrafiya (3 səhifədən çox olmamalı);

 

(iii) Tövsiyyə məktubu.

 

Müraciət sənədləri 11 noyabr 2016-cı il tarixinədək vahid MS-Word (*.doc) formatında stipolicy@stepi.re.kr elektron-poçt ünvanına göndərilməlidir.

 

Seçim Komitəsi tərəfindən seçim başa çatdıqdan sonra seçilən namizədlər 1 dekabr 2016-cı il tarixinədək elektron-poçt vasitəsilə məlumatlandırılacaqlar.

 

İştirakın yekunu kimi, 40 səhifədən çox olmayan yekun məqalə 1 mart 2017-ci il tarixinədək proqram təmsilçilərinə çatdırılmalıdır.

 

Ətraflı məlumat əldə etmək üçün www.stipolicyreview.net internet səhifəsini izləyin.    

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



255.png
  • 12 Oktyabr 2016
  • 2037