Рейтинг@Mail.ru

“Web of Science: müasir tədqiqatçılar üçün məlumat aləti” mövzusunda seminar keçirilmişdir

  • 13 Oktyabr 2016

Oktyabrın 12-də İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Thomson Reuters” Şirkətinin elmi tədqqiatlar üçün məlumat bazasına dairWeb of Science: müasir tədqiqatçılar üçün məlumat aləti mövzusunda seminar keçirilmişdir.

 

Şirkətin əqli mülkiyyət və elmi tədqiqat məsələləri üzrə əməkdaşı cənab Valentin Boqorovun məruzəsi ilə keçirilən seminarda “Thomson Reuters” Şirkətinin məlumat resurslarına dair praktiki məsələlərə, “Web of Science” məlumat platforması, “Web of Science Core Collection” elmi nəşrlərin əsas referativ bazası, biblioqrafik məlumatlarla işləmək üçün “EndNoteOnline” proqram təminatı və tədqiqatçılar üçün “ResearcherID” müəllif profili kimi praktiki məsələlərə dair ətraflı məlumat verilmişdir. 

 

Qeyd edək ki, “Web of Science” təbiət, texnika, ictimai, humanitar elmlərə və incəsənətə dair məlumatları əhatə edən elmi jurnal və patentlərə dair nəşrlər haqqında referativ məlumatların əks olunduğu vahid axtarış platformasıdır. Platforma biblioqrafik məlumatların axtarışı, analizi və idarəolunması kimi xüsusiyyətlərə malikdir. “Web of Science Core Collection” bazasına isə 12500-dən çox təbiət, ictimai və humanitar elmlər üzrə yüksək reytinqli beynəlxlaq və regional jurnallar daxildir.

 

Seminarda həmçinin bildirilmişdir ki, tədqiqatçılar üçün “Thomson Reuters” Şirkətinin məlumat resursları haqqında internet məkanında köməkçi vasitələr, video-dərslər, faydalı keçidlər yerləşdirmişdir, eləcə də mütəmadi qaydada rus dilində online-seminarlar təşkil edilir.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


257.jpg
  • 13 Oktyabr 2016
  • 1592