Рейтинг@Mail.ru

BI Norveç Biznes Məktəbi doktoranturada təhsil təqaüdləri ELAN EDİR!

  • 24 Oktyabr 2016

Bİ Norveç Biznes Məktəbi hal-hazırda tam zamanlı doktoranturada təhsil təqaüdləri elan edir!

 

Təhsil təqaüdü dörd illikdir və illik həcmi 448.000 Norveç kronudur (təqribi qiymətlərlə 48.300 Avro).

 

Bİ Norveç Biznes Məktəbində İqtisadiyyat, Maliyyə, Marketinq, Strateji İdarəetmə və Təşkilat, İnnovasiya və Sahibkarlıq kimi 6 müxtəlif ixtisas üzrə doktoranturada təhsil aparılır ki, hazırkı elan onlardan Marketinq, Strategiya və Liderlik və Təşkilat istiqamətləri üzrədir. 

 

Proqrama dair texniki məlumat:

 

İşin növü:                               Müddətli Müqavilə

Müraciət üçün son tarix:         2017-ci il 1 fevral

Proqramın başlanma tarixi:    2017-ci ilin avqust ayı

Yerləşmə:                               Nydalen, Oslo şəhəri

 

Doktorantura təhsili, Təqaüd Proqramı və müraciət qaydaları haqqında əlavə məlumat BI Norveç Biznes Məktəbinin Doktorantura Şöbəsindən (elektron poçt ünvanı: phd@bi.no) və Şöbənin internet səhifəsindən http://www.bi.edu/research/doctoral-programme/leadership-and-organisation/overview/ əldə etmək mümkündür.    

 

Müraciət ərizəsi ilə birlikdə aşağıda göstərilən sənədlərin təqdim edilməsi tələb olunur:

 

- Magistr dərəcəsinin və ya ona bərabər tutulan dərcənin alınmasına dair diplom və qiymət cədvəli; 

- Bakalavr dərəcəsinin və yaxud ona bərabər tutulan dərəcənin alınmasına dair diplom və qiymət cədvəli;

- Diplomun Əlavəsi və yaxud ona bərabər tutulan sənədlə təhsilə dair ətraflı məlumat, qiymətləndirmə sistemi, tədris olunmuş predmetlər və növbəti dərəcənin alınması üçün təhsilin davam etdirilməsinə hüququn olmasını əsaslandıran sənəd, (əlavə məlumat üçün keçid: http://ec.europa.eu/education/resources/diploma-supplement_en)

- Aidiyyəti üzrə digər sertifikat (diplom) və qiymət cədvəllir

- Tədqiqat iş planı (mövzu, təklif olunan metod və iş cədvəli əks olunmaqla, 5 səhifədən 10 səhifəyədək həcmdə)

- Bioqrafiya

-Tədqiqat iş planı mərhələlər və dərslərin cədvəli daxil omaqla (sənəd nümunəsi üçün keçid: http://www.bi.edu/DoctoralFiles/milestoneplan.doc)

- Hazırkı iş yerindən və elmi məsləhətçinizdən Sizin tədqiqatçı kimi bacarıqlarınızın təsvir edildiyi ən azı 2 tövsiyyə məktubu

- Əgər tələb olunarsa və digər bir doktorantura proqramında təhsil haqqında sənədin təqdim olunması (əgər belə bir hal varsa, cari proqrama müraciət qaydalarının müvafiq bəndini diqqətlə gözdən keçirin)

- Nəşrlərin siyahısı və yaxud müvafiq digər fəaliyyəti təsdiq edən sənəd

- İmzanı təsdiqedən sənəd (nümunə üçün keçid: http://www.bi.edu/DoctoralFiles/Verification%20document%20to%20be%20filled%20out.doc)  

 

Ətraflı məlumat əldə etmək üçün Bİ Norveç Biznes Məktəbinin internet səhifəsinin izlənilməsi tövsiyyə olunur: http://www.bi.edu/about-bi/Vacant-positions/

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


259.png
  • 24 Oktyabr 2016
  • 1909