Рейтинг@Mail.ru

Dövlət Proqramının icrasına dair müzakirə keçirilmişdir

  • 31 Oktyabr 2016

Oktyabrın 27-də İqtisadiyyat Nazirliyində “Elm və sənaye: səmərəli əməkdaşlıq imkanları” mövzusunda müzakirə keçirilmişdir.


İqtisadiyyat nazirinin müavini xanım Sevinc Həsənovanın rəhbərliyilə keçirilən müzakirədə İqtisadiyyat Nazirliyinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak etmişlər.


Tədbirdə məqsəd “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamının icrası ilə əlaqədar görülmüş işlərin nəticələrinin müzakirəsi, habelə görülmüş işlərə dair geniş fikri mübadiləsi aparılmaqla təkmilləşdirilərək, Proqramın icrası üzrə məsul icraçıya təqdim edilməsindən ibarət olmuşdur.


Müzakirə çərçivəsində qeyd edilmişdir ki, müasir dövrümüzdə elmi-tədqiqat və ali təhsil müəssisələri, onlarla qarşılıqlı əlaqədə olan özəl sektorun qarşılaşdıqları çağırışlar və təşəbbüslər, cəmiyyətdəki rolları, habelə təşkilati quruluşu, fəaliyyət məqsəd və missiyaları və bütün bunların ümumi məcmusunda sosial-iqtisadi inkişafdakı töhfəsilə xarakterizə olunmaqdadır.


Dünyada yaradılan əlavə dəyərdə xidmət sektorunun payının əhəmiyyətli dərəcədə artması, iqtisadi inkişaf və böyümənin əsas amilləri kimi sənaye yönümlü istehsal sahələrində rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, biznesin gəlir səviyyəsinin və davamlı yüksəlişinin təmin edilməsi təkcə innovativ infrastrukturun yaradılması və fəaliyyətinin təmin edilməsi deyil, tədqiqat və inkişafa (R&D) daha çox diqqət ayrılması, ali təhsil (elm, tədqiqat)–sənaye (biznes)–dövlət strukturları arasında inteqrasiyanın gücləndirilməsidir.

 

Müzakirə, 27 oktyabr 2016-cı il (FOTO)


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


260.jpg
  • 31 Oktyabr 2016
  • 1433