Рейтинг@Mail.ru

İnstitutun əməkdaşları Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında ezamiyyədə olmuşlar

  • 02 Noyabr 2016

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 10 iyul tarixində keçirilmiş iclasında verilmiş tapşırıqların icrasına dair iqtisadiyyat nazirinin 2016-cı il 21 iyul tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrası davam etdirilir.


Tədbirlər Planının 9-cu “Ölkənin müxtəlif bölgələrində fındıq istehsalı ilə bağlı araşdırmaların aparılması, bu sahəyə dövlət dəstəyinin davam etdirilməsi və fındıqçılığın inkişafına dair təkliflərin hazırlanması” bəndinin icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşı 17-25 oktyabr tarixlərində Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında ezamiyyədə olmuşlar. 


Qeyd edildiyi kimi ezamiyyədə məqsəd ölkəmizdə fındıq istehsalı üzrə ixtisaslaşmış əsas regionlarda - Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında cari vəziyyətin tədqiqindən ibarət olmuşdur. Belə ki, tədqiqat ezamiyyəsi çərçivəsində fındıq emalı müəssisələrindəki vəziyyətlə tanış olmaqla yanaşı, istehsalçılarla görüş və sorğular keçirilmişdir.


Hazırda tədqiqatın, eləcə də sorğu nəticələrinin emal edilməsi istiqamətində işlərin aparılması davam etdirilir.

 

FOTO


        © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


 

261.jpg
  • 02 Noyabr 2016
  • 1852