Рейтинг@Mail.ru

2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul ELAN EDİR

  • 28 Noyabr 2016

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 


2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul 


ELAN EDİR 


    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 601s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2016/2017-ci tədris ili üçün “İqtisad elmləri” elm sahəsinə aid ixtisaslar üzrə fəlsəfə doktoru üzrə doktorantura və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya qəbul elan edir:


    Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.


    Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil­dən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uy­ğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc­­­mində qəbul im­ta­han­­ları verirlər.


    Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilərlər.


    Dissertantlıq yolu ilə təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.


    Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir. 

    

    Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

    - ərizə (direktorun adına);

    - kadrların şəxsi-qeydiyyat vərəqi;

    - tərcümeyi-hal;

    - 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

    - iş yerindən xasiyyətnamə (işləyənlər üçün);

    - əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);

    - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (dissertanturaya sənəd verənlər isə seçdiyi ixtisas üzrə çap olunmuş elmi əsərlərin siyahısını təqdim etməlidirlər);

    - fəlsəfə doktoru diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə);

    - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

    - xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

    - şəxsiyyəti təsdiq edən sənədin surəti.


    Sənədlər 2016-cı il noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcəkdir. Dissertanturaya qəbul 2016/2017-ci tədris ili ərzində həyata keçiriləcəkdir. 


    Doktoranturaya daxil olmaq istəyənlər nəzərdə tutulan elmi rəhbərləri ilə müsahibədən keçirlər. Qəbul komissiyası müsahibənin nəticələri, referata verilən rəy və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına buraxılmaq haqqında qərar qəbul edir. Doktoranturaya daxil olmaq istəyənlərə imtahanlara buraxılmaq haqqında bildiriş verilir və bu bildiriş iş yerindən əmək haqqı saxlanılmaqla məzuniyyət verilməsi üçün əsas sayılır.


QƏBUL PLANI  (*.PDF) (*.DOC)


    Ətraflı məlumat almaq üçün İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Elmi Katibliyinə müraciət etmək olar: 


    Ünvan: 

    AZ 1011, Bakı şəhəri, H.Zərdabi prospekti, 88-a

    Əlaqə telefonu: (+99412) 431 57 95 (dax. 3613). 

    


    © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


265.jpg
  • 28 Noyabr 2016
  • 5959