Рейтинг@Mail.ru

“Regionların sosial-iqtisadi inkişafı: üzüm və fındıq istehsalı” mövzusunda Dəyirmi masa keçirilmişdir

  • 09 Dekabr 2016

Dekabrın 9-da “Regionların sosial-iqtisadi inkişafı: üzüm və fındıq istehsalı” mövzusunda Dəyirmi masa keçirilmişdir.

 

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsəsrrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat və Torpaqşünaslıq və Aqrokimya institutlarının nümayəndələri iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan İnstitututun direktoru Vilayət Vəliyev dəyirmi masanın keçirilməsində əsas məqsədin Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin 10 iyul və 7 oktyabr tarixli iclaslarında qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, xüsusilə aqrar sahədə intensiv texnologiyaların tətbiqi, bu sahədə sahibkarlığın inkişafı üzrə verilmiş tapşırıqların, icrasının təmin edilməsindən ibarət olduğunu vurğulamışdır.

 

O, dövlət başçı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq göstərişilə İnstitutuda həyata keçirilmiş “Ölkənin müxtəlif bölgələrində fındıq istehsalı ilə bağlı araşdırmaların aparılması, bu sahəyə dövlət dəstəyinin davam etdirilməsi və fındıqçılığın inkişafına dair təkliflərin hazırlanması” və “Üzümçülüyün şərabçılıqla əlaqələndirilməsi, yeni üzüm bağlarının salınmasına dövlət dəstəyinin daha da gücləndirilməsinə dair təkliflərin hazırlanması” istiqamətləri üzrə görülmüş işlər haqqında iştirakçıları məlumatlandırmışdır. 

 

Tədbirdə “İxtisaslaşmış bölgələrdə fındıqçılığın mövcud vəziyyəti: problemlər, təkliflər” və “Regionlarda üzümçülük və şərabçılığın mövcud inkişaf problemləri” mövzularında təqdimatla çıxış edən institutun şöbə müdirləri Təranə Salıfova və Əlvan Süleymanova dinləyicilərə aparılmış tədqiqat, eləcə də istehsalçıların problemlərinin öyrənilməsi istiqamətində ixtisaslaşmış iqtisadi rayonlarda keçirilmiş görüşlər və sorğular, habelə onların nəticələrinə dair ətraflı məlumat vermişlər.

 

Dəyirmi masa öz işini geniş müzakirələrin aparılması ilə davam etdirmişdir.


FOTO



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

 

266.jpg
  • 09 Dekabr 2016
  • 1527