Рейтинг@Mail.ru

CAREC İnstitutunun İdarəetmə Şurasının 5-ci iclası keçirilmişdir

  • 12 Dekabr 2016

8-9 dekabr tarixlərində Çin Xalq Respublikasının Şenjen şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun İdarəetmə Şurasının 5-ci iclası keçirilmişdir.

 

Şenjen Universitetində təşkil edilən tədbirdə Asiya İnkişaf Bankı və CAREC İnstitutu ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tajikistan, Türkmənistan və Özbəkistandan nümayəndələr iştirak etmişlər. İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Marketinq və koordinasiya şöbəsinin müdiri Aynurə İsmayılova və AİB-nin yerli nümayəndəsi Əşrəf Quliyev tədbirdə ölkəmizi təmsil etmişlər.

 

Tajikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini xanım Gulri Kayumovanın və CAREC İnstitutunun direktoru Kubat Umurzakovun həmsədrliyilə keçirilən iclasda ilk öncə 4-cü iclasın nəticələri və 2016-cı il üzrə iş planının icrasına dair hesabat dinlənilmişdir. Daha sonra iştirakçılar 2017-ci ilin gündəliyində duran  məsələlərə dair təklifləri və cari məsələləri müzakirə etmişlər.

 

2 gün davam edən tədbirdə iştirakçılar “Bir kəmər, bir yol” (“One Belt One Road”) mövzusunda seminarda və dünyanın ən uğurlu nümunələrindən biri hesab edilən Şenjen şəhərinin Xüsusi İqtisadi Zonalarında yerləşən və innovativ fəaliyyətlə məşğul olan şirkətlərə tanışlıq səfərində iştirak etmişlər.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



267.jpg
  • 12 Dekabr 2016
  • 1671