Рейтинг@Mail.ru

“Mərkəzi Asiya regional modelləşdirmənin analizi” (CARMA) mövzusunda təlim keçirilmişdir

  • 19 Dekabr 2016

12-15 dekabr tarixlərində Qazaxıstanın Almata şəhərində “Mərkəzi Asiya regional modelləşdirmənin analizi” (CARMA) mövzusunda təlim keçirilmişdir.

 

Asiya İnkişaf Bankı, Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun və Qazaxıstanın Narxoz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə CAREC üzv dövlətlərinin nümayəndələri ilə yanaşı İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin baş elmi işçisi Malik Mehdiyev və İnnovasiyanın inkişafı şöbəsinin aparıcı elmi işçisi Fariz Məmmədov iştirak etmişlər.

 

4 gün davam edən təlim çərçivəsində iqtisadi senarilərin analizi, “online” senari alətləri, “Xərc – Buraxılış” makroiqtisadi qiymətləndirmə modulu, təsir analizinin qiymətləndirilməsi, iqtisadi analizlər üçün “GAMS” proqramlaşdırma mövzularında məruzələr dinlənilmiş, eləcə də seçilmiş ölkə timsalında “CGE” modelləşdirmə, investisiya və ticarət siyasətləri üzrə milli  iqtisadi proqrnozların hazırlanması istiqamətlərində praktiki işlər aparılmışdır. 

 

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



268.jpg
  • 19 Dekabr 2016
  • 1532