Рейтинг@Mail.ru

2016-cı ilin yekunlarına həsr edilmiş müzakirə keçirilmişdir

  • 23 Dekabr 2016

Dekabrın 23-də İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda 2016-cı ilin yekunlarına həsr edilmiş “İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun illik elmi tədqiqat və kadr hazırlığı mövzusunda müzakirə keçirilmişdir.

 

Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorant, elmi işçi və əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat və AMEA-nın İqtisadiyyat institutlarının, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər.

 

Geniş hesabatda İnstitutun 2016-cı il üzrə elmi tədqiqat və kadr fəaliyyətinin yekunlarına dair təqdimat dinlənilmiş, ötən dövr ərzində görülmüş işlər ətraflı müzakirə edilmiş, eləcə də növbəti il iş planının layihəsi, mövzuların aktuallığı gözdən keçirilmişdir.  

 

 

FOTO


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



269.jpg
  • 23 Dekabr 2016
  • 1510