Рейтинг@Mail.ru

Mərkəzi Avropa Universiteti 2017-18-ci il üzrə Tədqiqat Təqaüd Proqramı elan edir

  • 16 Yanvar 2017

Mərkəzi Avropa Universiteti (CEU) iddiaçıları 2017-18-ci akademik il çərçivəsində Tədqiqat Təqaüd Proqramında iştiraka dəvət edir.


Təqaüd proqramı Açıq Cəmiyyət Fondunun (OSF) Ali Təhsilə Dəstək Proqramının (HESP) dəstəyi və CEU-nun Ali Təhsil üzrə Yehuda Elkana Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.   


Ali təhsil institutlarının və yaxud tədqiqat qurumlarının alimləri, əməkdaşları olan iddiaçılara CEU-da bir və ya iki semester müddətində aktual tədqiqat mövzusunda tədqiqat apararaq, beynəlxalq səviyyəli elmi jurnallarda nəşr olunma istiqamətində addımın atılmasına imkan verilir.


İddiaçılar CEU-nun ixtiyari şöbəsinə, fakultəsinə və yaxud tədqiqat mərkəzinə təhkim oluna bilərlər.


İddiaçıların üç aydan altı ayadək dövrdə (CEU-da bir yaxud iki semester)  fəaliyyətləri dəstəklənir.


İddiaçıların təqaüdünə Budapeştə getmə və qayıtma daxil olmaqla beynəlxalq nəqliyyat xərcləri, CEU-da qonaqlama və aylıq 1800 ABŞ dolları həcmində ödəniş daxildir.   

 


MÜRACİƏT QAYDASI 

 

Müraciət üçün ərizə formasını buradan yükləyə bilərsiniz;

 

Doldurulmu ərizə formasını, müfəssəl tədqiqat təklifi (1500-2000 söz həcmində), bioqrafiyanız (CV) və fəlsəfə doktoru elmlər dərəcəsi diplomunun elektron surətini vahid PDF formatlı sənəd şəklində Research_Fellowship@ceu.edu elektron poçt ünvanına göndərin (elektron məktubun başlığı üçün format: “VRF 2017 + soyadınız”).

 

Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən təqdim olunan ərizə iki rəyçi tərəfindən dəstəklənməlidir, belə ki, rəyçilər namizəd haqqında rəylərini müəssisənin blankında olmaqla, imzalayaraq, Research_Fellowship@ceu.edu elektron poçt ünvanına göndərməlidirlər (müvafiq olaraq, elektron məktubun başlığında “VRF 2017 + iddiaçının soyadı” kimi olmalıdır).   

 

Ətraflı məlumat üçün həmçinin Research_Fellowship@ceu.edu elektron poçt vasitəsilə proqramın əlaqələndiricisi xanım Maja Skalar ilə əlaqə saxlanılmalıdır.

 

Sənədlərin təqdim edilməsi üçün sonuncu tarix 15 fevral 2017-ci ildir.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


 

273.jpg
  • 16 Yanvar 2017
  • 1954