Рейтинг@Mail.ru

Yüksək ixtisaslı kadr hazırlığı davam etdirilir

  • 23 Yanvar 2017

2016-cı il ərzində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda profilə uyğun olaraq, yüksək ixtisaslı elmi kadrların fəlsəfə üzrə elmlər doktoru və elmlər doktoru yolu ilə hazırlığının həyata keçirilməsi davam etdirilmişdir.

 

Ötən dövr ərzində elmi-praktiki fəaliyyətin əsas məsələlərinə baxılması üzrə Elmi Şuranın 6 iclası keçirilmiş, həyata keçirilmiş elmi-tədqiqat işlə­rinin və doktorantların attestasiyalarının nəticələri, elmi-tədqiqat iş planlarına edilən dəyişikliklər və s. məsələlər müzakirə edilmişdir. 

 

Hesabat dövründə İnstitutda fəlsəfə doktoru proqramı üzrə 21 doktorant 22 dissertant, elmlər doktoru proqramı üzrə 13 dissertant təhsilini davam etdirmişdir.

 

Qeyd edilən dövrdə İnstitutun 7 doktorantı və 2 dissertantı dissertasiya işlərini ilkin variantda təqdim etmiş, işlərin ilkin müzakirələri keçirilmiş və müvafiq Dissertasiya Şuralarına təqdim olunması haqda qərar qəbul edilmişdir.

 

2016-cı il ərzində İnstitutun əməkdaşları:

 

İnnovasiyanın inkişafı şöbəsinin müdiri Arzu Hüseynova 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə “Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır;


doktorant Arzu Süleymanov 5302.01 – «Ekonometriya, iqtisadi statistika” ixtisası ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın ümumi tarazlıq modeli timsalında investisiyaların ölkə iqtisadiyyatına təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və sənədlərini Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.

 

2016/2017-ci tədris ili üçün sənədlərin qəbulu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” və 18 noyabr 2016-cı il tarixli, 601s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “İqtisad elmləri” elm sahəsinə aid ixtisaslar üzrə fəlsəfə doktoru üzrə doktorantura və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə həyata keçirilmişdir.


Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya altı ixtisas üzrə 19 nəfər, dissertanturaya üzrə 9 nəfər, elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya iki ixtisas üzrə 1 nəfər sənədlərini təqdim etmişdir. Hazırda qəbul imtahanlarının keçirilməsi davam etdirilir.

 



© İstifadə zamanı www.ier.az saytına istinad zərurirdir. 


274.jpg
  • 23 Yanvar 2017
  • 1795