Рейтинг@Mail.ru

Xarici əməkdaşlıq əlaqələri davam etdirilir

  • 24 Yanvar 2017

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun missiyasına və fəaliyyət istiqamətlərinə müvafiq olaraq, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xarici təcrübədən faydalanmaqla elmi-metodoloji seminar, təlim və tədris kurslarının təşkili istiqamətlərində işlərin aparılması davam etdirilir.

 

Sözü gedən istiqamətdə Tükiyə Respublikasının İzmir İqtisadiyyat Universitetinin dəvəti ilə İnstitutun Elmi katibi Vəfa Rzayeva səfərdə olmuş və 16-20 yanvar tarixlərində Universitetlərin rəhbərliyi, professor-müəllim heyəti ilə səmərəli görüşlər keçirmişdir.  

 

İzmir Ekonomi və 9 Eylül universitetləri ilə keçirilən görüşlərdə universitetlər və İnstitutu arasında elmi əməkdaşlığın davam etdirilməsi, o cümlədən, İİETİ-nin doktorantları üçün birgə tədris proqramlarının və elmi rəhbərliyin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi kimi məsələlər müzakirə edilmişdir.

 

Qeyd edək ki, adı çəkilən universitetlər Türkiyə Respublikasının Ege regionunda istər təhsilin səviyyəsi, istərsə də tədqiqatların təcrübədə tətbiq imkanları, habelə sahibkarlığın inkişafı istiqamətlərində aparılan işlərə, xüsusilə innovativ yanaşmalarına görə fərqlənirlər.     

 


 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

281.jpg
  • 24 Yanvar 2017
  • 1691