Рейтинг@Mail.ru

IAEE-dən məqalələrin təqdim edilməsi üçün ÇAĞIRIŞ!

  • 10 Mart 2017

Enerji İqtisadiyyatı və Ətraf mühit siyasəti (EEEP), Enerji İqtisadiyyatlarının (İAEE) Beynəlxalq Assosiasiyası tərəfindən nəşr olunmuş, enerji və ətraf mühitin iqtisadiyyatı üzrə siyasi məsələlərin cəlbinə yönəlmişdir.

 

EEEP, elmi və tədqiqat əsaslı olan, müasir iqtisadi düşüncə, enerji və ətraf mühit siyasəti məsələlərinin təhlili üzrə asanlıqla oxunulan və əlçatan informasiya mənbəyi ilə təmin edən, həmkarlar tərəfindən nəzərdən keçirilmiş çoxistiqamətli nəşrdir.

 

Nəşr biznes, hökumət və elm adamları arasındakı diaolqu təşviq edir, enerji və ətraf mühit siyasətinin formalaşması və qərar qəbul edilməsi üçün bilik bazasını inkişaf etdirir.

 

EEEP orijinal bülletenlər, siyasi qeydlər, xüsusi siyasət məsələləri üzrə təşkil edilmiş simpoziumlar, onların müəyyən xüsusiyyətlərinə dair məqalələr, cari enerji və ətraf mühit siyasi məsələlərinə və təqdiqatlarına dair kitab icmallarını və şərhlərini təqdim edir.

 

Redaktorlar

Professor Christian von Hirschhausen (Almaniya, Berlin Texnologiyalar Universiteti),

Professor Valerie Karplus (ABŞ, Sloan Məktəbi, MİT),

Professor Juan Rosellón (Meksika, CIDE).

 

Əlavə məlumatlar

 

Suallar və rəylər

Əlaqə

Pao-Yu Oei, EEEP – də məsul redaktor

Elektron poçt: pyo@wip.tu-berlin.de

 

Təqdimatlar

Müəlliflər onlayn MS Word formatında tədqiqat işlərini iki elektron nüsxədə www.iaee.org/eeeparticletracking/newpublic/submitjournal2.aspx  saytında təqdim etməlidirlər.

Nüsxələrdən biri müəllifin adı və əlaqə vasitələrindən ibarət olmalı, digəri isə anonim (məqalədə hər hansı müəllif adları və ya əlaqə vasitələri qeyd olunmayıbsa) təqdim edilməlidir.

Mətn faylları ilə yanaşı, qrafiklər, cədvəllər, tənliklər kimi ayrı-ayrı fayllar da daxil olmaqla birdən çox fayl təqdim olunduğu halda, müvafiq məqalə nəzərə alınmayacaq.

Elektron faylların hər ikisinə mətn, cədvəllər, tənliklər və qrafiklər daxil edilməlidir. Məqalələr akademik ictimaiyyət, o cümlədən sənaye ekspertləri və siyasətçilər də daxil olmaqla geniş oxucu kütləsinə asan oxunaqlı və əlçatan olmalıdır.

 

Buraxılışlar hər ilin mart və sentyabr aylarında nəşr olunur. EEEP-də biznes və akademik kitabxanadan istifadə üçün abunə haqqı mövcuddur.

 

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zərurirdir.



284.png
  • 10 Mart 2017
  • 1666