Рейтинг@Mail.ru

“ODTÜ Texnopark: dünəni və bu günü” mövzusunda onlayn seminar keçirilmişdir

  • 09 Ferval 2015


Fevralın 9-da İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “ODTÜ Texnopark: dünəni və bu günü” mövzusunda onlayn seminar keçirilmişdir.


Seminarda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı, doktorantlar, eləcə də Azərbaycanın Texniki, Turizm, Qafqaz və Memarlıq və İnşaat universitetlərinin əməkdaşları və s. iştirak etmişlər.


Seminarı giriş sözü ilə açan “ODTÜ Texnopark”ın Bakıdakı nümayəndəsi Azər Karabıyık Orta Doğu Texniki Universiteti və onun nəzdində fəaliyyət göstərən “ODTÜ Texnopark” haqqında iştirakçılara ətraflı məlumat vermişdir.


Daha sonra “ODTÜ Texnopark”ın vitse-prezidenti Ufuk Batum texnoparkda həyata keçirilən işlərdən, burda fəaliyyət  göstərən birgə inkubator mərkəzləri, təşəbbüskarlıq proqramları, sahibkarlığın dəstəklənməsi məqsədilə təşkil edilən müsabiqələrdən bəhs etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


30.jpg
  • 09 Ferval 2015
  • 1146