Рейтинг@Mail.ru

BƏYANAT

  • 10 Oktyabr 2016

BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisinin

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı


BƏYANATI

 

 

Dayanıqlı İnkişaf Məqsədləri

 

Bakı, Azərbaycan - Bakı, Azərbaycan – BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını müsbət qarşılayır.

 

Biz Hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq.

 

Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklyuziv prosesin baş tutacağına ümid edir.

 

Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalamışdır. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmamasına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür.

 

 


Mənbə: http://www.az.undp.org/content/azerbaijan/az/home/presscenter/pressreleases/2016/10/10/statement-by-the-office-of-the-un-resident-coordinator-in-azerbaijan-in-support-of-the-establishment-of-the-national-coordination-council-on-sustainable-development.html

311.jpg
  • 10 Oktyabr 2016
  • 1481