Рейтинг@Mail.ru

"Verilənlərin intellektual təhlili: problemlər və həll üsulları" mövzusunda seminar keçirilmişdir

  • 30 İyun 2017

İyunun 30-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türkiyə Respublikasının Dokuz Eylül Universitetilə birgə əməkdaşlıq çərçivəsində "Verilənlərin intellektual təhlili: problemlər və həll üsulları" mövzusunda keçirilmişdir.

 

Dokuz Eylül Universitetinin professoru, f.-r.e.d. Əfəndi Nəsibovun məruzəsi ilə keçirilən seminarda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları və doktoranlar iştirak etmişlər.

 

Seminarı  giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev İnstitutun missiyasına və fəaliyyət istiqamətlərinə müvafiq olaraq, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xarici təcrübədən faydalanmaqla elmi-metodoloji seminar, təlim və tədris kurslarının təşkili, eləcə də, Türkiyə Respublikasının profilə uyğun qurumları ilə görülmüş işlər, əməkdaşlıq əlaqələrinə dair ətraflı məlumat vermişdir.

 

Daha sonra söz məruzə üçün Dokuz Eylül Universitetinin professoru, f.-r.e.d. Əfəndi Nəsibova verilmişdir. Ə.Nəsibov öz növbəsində mövcud imkana görə İnstitutn rəhbərliyinə və dinləyicilərə təşəkkür etmiş, verilənlərin intellektual təhlili (VİT) sahəsində müasir vəziyyət, əldə olunan nəaliyyətlər, VİT prosesində həll edilən məsələlər, müasir sosial-iqtisadi proseslərin modelləşdirilməsi üzrə nümunələr nəzərdən keçirərək, mövcud çətinliklər və onların həlli yolları haqqında geniş məruzə ilə çıxış etmişdir.

 

Sonda mühazirəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.




315.jpg
  • 30 İyun 2017
  • 311