Рейтинг@Mail.ru

II CAREC Beyin Mərkəzləri Forumu keçirilmişdir

  • 14 Sentyabr 2017

   Sentyabrın 7-8-də Çin Xalq Respublikasının Urumçi şəhərində Asiya İnkişaf Bankının (ADB) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu (CI) birgə təşkilatçılığı ilə İkinci CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu keçirilmişdir. 

    “Regional Əməkdaşlıq və İnteqrasiya üçün biliyə əsaslanan həllərin öyrənilməsi” mövzusunda müzakirlərə həsr olunan Forumda CAREC Proqramı üzv ölkələri Əfqanıstan, Pakistan, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tajikistan, Türkmənizstan və Özbəkistandan nümayəndə heyətləri iştirak etmişlər. Ölkəmizi təmsil edən nümayəndə heyətində İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun strateji inkişaf və xarici əlaqələr üzrə direktor müavini Aynurə İsmayılova iştirak etmişdir. 

    2 gün davam edən Forumda CAREC regional inteqrasiya indikatorları; qlobal dəyər zincirində iştirakın ölçülməsi: Çin Xalq Respublikasının təcrübəsi; Xinjianq Muxtar Vilayəti: regional iqtisadi əməkdaşlığın qovuşağında; davamlı infrasturukturun inkişafı və maliyyələşmə imkanları; CAREC regionunda ticarət siyasətinin uyğunlaşdırılması; Qlobal beyin mərkəzlərinin ən yaxşı nümunələri, institutusional idarəetmə və maliyyələşmə; Beyin mərkəzlərinin inkişafında müasir çağırışlar və imkanlar kimi sessiyalarda məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

    Sonda CAREC Beyin Mərkəzləri Şəkəbəsi elan edilmiş və Urumçi Bəyənnaməsi qəbul edilmişdir. 

    Xatırladaq ki, CI Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) keyfiyyətini artırmaq məqsədilə 1996-cı ildə Asiya İnkişaf Bankının (ADB) təşəbbüsü ilə CAREC regionunda iqtisadi artımın sürətləndirilməsi məqsədi ilə məlumatların yaranması və potensialın artırılması məqsədilə təsis edilmişdir. Ölkəmiz proqramda 2003-cü ildən etibarən iştirak edir. 

    Ümumilikdə CAREC Proqramının əsas fəaliyyət istiqamətləri ticarət, nəqliyyat, enerji və gömrük (ticarətin asanlaşdırılması) sahələridir. Son zamanlar yeni istiqamətlər (aviasiya, kənd təsərrüfatı və yol təhlükəsizliyi) proqramın məqsədlərinə daxil edilmişdir. 


        © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


320.jpg
  • 14 Sentyabr 2017
  • 133