Рейтинг@Mail.ru

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ELAN EDİR!

  • 22 Sentyabr 2017

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda 13 noyabr 2017-ci il tarixində i.e.d., professor Saylau BAİZAKOVUN 80 illiyinə həsr olunan “İQTİSADİ ARTIMDA İNNOVASİYALARIN ROLUNUN ALTERNATİV QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Maraqlananlar (i) iqtisadi artım; (ii) innovasiyalar; (iii) enerji və davamlı inkişaf; (iv) ticarət və (v) “Data Mining” istiqamətləri üzrə xülasələrini azərbaycan, rus və ingilis dillərində 29 oktyabr 2017-ci il tarixinədək İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun rəsmi internet səhifəsi vasitəsilə təqdim edə bilərlər.

 

Xülasənin tərtib olunmasına dair tələblər:


(i)     həcmi 2 səhifəyədək (1800-3600 işarə) 

(ii)    tərtib olunması qaydası

a.    Məqalənin adı

b.    Müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, təşkilat, şəhər, ölkə, e-poçt ünvanı

c.    Xülasənin strukturu

                                           i.    Giriş (problemin qoyuluşu, aktuallıq)

                                          ii.    Metodologiya

                                         iii.    Nəticə

d.    Açar sözlər (max. 10 söz)

 

Seçilmiş xülasələr üzrə yekun məqalələr İqtisadi İslahatlar ETİ-nin “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” Elmi Əsərlər Toplusunun 2017-ci il üzrə xüsusi buraxılışına daxil ediləcək.   

 

Xülasələrin təqdim edilməsi üçün keçid: http://www.ier.az/az/page.php?id=47

 

 

Əlavə məlumat üçün əlaqələndirici şəxslər:

İzzət SALMANOVA,

Baş mütəxəssis

Tel:       +99412 4316004 (daxili: 3332)

Faks:    +99412 4300215

Mob:     +99450 4999089

E-poçt: izzet.salmanova@gmail.com

 

Fatma İMAMƏLİYEVA,

Baş mütəxəssis

Tel:       +99412 4316004 (daxili: 3803)

Faks:    +99412 4300215

Mob:     +99455 5653308

E-poçt: fatmaimameliyeva1980@gmail.com

 

 

 

       © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



321.jpg
  • 22 Sentyabr 2017
  • 645