Рейтинг@Mail.ru

Əməkdaşlıq görüşü və təlim keçirilmişdir

  • 11 Oktyabr 2017

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilmişdir.

Belə ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 5.2.1. “KOS-un inkişafı üçün innovasiya infrastrukturunun təkmilləşdirilməsi”5.2.2. “Dövlət əhəmiyyətli və müstəqil elmi-tədqiqat (tədqiqat və inkişaf) mərkəzlərinin formalaşdırılması və elmi-istehsalat birliklərinin yaradılması” tədbirlərinin icrası bilavasitə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna həvalə edilmişdir.

Sözügedən bəndlərin icrası istiqamətində Universitetlərin nəzdində Texnoloji Mərkəzlərin yaradılması, habelə, sözügedən infrastrukturun formalaşdırılması üzrə kadr potensialının gücləndirilməsi, idarəetmə sturukturunun formalaşdırılması, sorğulardan asılı olaraq, çevik qərar qəbul edən bilən idarəetmə mexanizmlərinin yaradılması üzrə təlimlərin keçirilməsinə başlanılmışdır.

Belə ki, bu çərçivədə oktyabrın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) görüş keçirilmiş və oktyabrın 10-da Bakı Dövlət Universitetində (BDU) təlim keçirilmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) rəhbərliklə görüş keçirilmiş, enerjiyə qənaət  və enerji  səmərəliliyi üzrə innovativ texnologiyaların tətbiqi üzrə layihələndirmə, laboratoriyaların qurulmasında “Schneider Electric” Şirkətinin təcrübəsindən faydalanmaq imkanları, habelə, qurulması nəzərdə tutulan “Texnoloji Mərkəz”in birgə layihəsinin hazırlanması, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətləri müzakirə edilmişdir. 

Tədris prosesinin və elmi tədqiqatların bir-biri ilə və istehsalatla əlaqələndirilməsi, eləcə də, elmi yeniliklərin və innovasiyaların tədris prosesinə və istehsalata tətbiqi istiqamətində birgə elmi tədqiqatların aparılması üçün Bakı Dövlət Universiteti (BDU)İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Ekologiya və torpaqşünaslıq və Kimya fakultələrinin professor-müəllim və tələbə heyətinə "İnnovasiya strukturlarının formalaşması və müqayisəli təhlil" mövzusunda ilk təlim keçirilmiş, növbəti təlimlərin mövzuları və istiqamətləri müəyyən olunmuşdur.

Görüşlərdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru i.e.d., prof. Vilayət Vəliyev, direktor müavinləri i.e.d., dosent Arzu Hüseynova və Aynurə İsmayılova iştirak etmişlər.

 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


 

324.png
  • 11 Oktyabr 2017
  • 80