Рейтинг@Mail.ru

Buxarestdə 2018-2019-cu illər “Pontica Magna" Təqaüd Proqramı elan edilir

  • 20 Noyabr 2017

“Pontica Magna Təqaüd” Proqramı Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukraynadan gənc tədqiqatçıları, media mütəxəssislərini, yazıçıları və sənətkarları dəvət edir.

Rumıniyanın Buxarest şəhərində yerləşən Yeni Avropa Kolleci (NEC) humanitar və sosial elmlər üzrə qabaqcıl tədqiqat institutudur və özünün “Pontica Manga Proqramı” üzrə Təqaüd elan edir. Bu proqramın məqsədi Qara Dəniz ətrafındakı ölkələrdən gənc tədqiqatçıların, media mütəxəssislərinin, yazıçı və sənətkarların dəvət edilməsidir.

Proqram çərçivəsində aylıq 750 Avro təqaüdlə yanaşı, yaşayış və səyahət xərcləri qarşılanır.

Namizədlər öz seçdikləri mövzuya uyğun olaraq, bir və ya iki rüblük əməkdaşlıq proqramına müraciət edə bilərlər.

Namizədlər bir akademik il üçün (10 ay; 2018-ci ilin oktyabr ayından başlayaraq) və ya bir rüblük (5 ay; 2018-ci ilin oktyabr yaxud 2019-cu ilin mart ayından başlayaraq) müraciət edə bilər.

 

Namizədlərə olan tələblər

  • “Pontica Magna Təqaüd” Proqramına Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukraynadan namizədləri müraciət edə bilərlər;
  • Namizədlər tədqiqat işinin son mərhələsində olan doktorantura tələbələri və ya  fəlsəfə doktoru dərəcəsi almış şəxslər olmalıdır;
  • Jurnalistlər, media mütəxəssisləri, yazıçılar və sənətkarlar müraciət edə bilər;
  • 40 yaşınadək olan namizədlərə üstünlük verilir.

Müraciət üçün son tarix: 07 dekabr 2017-ci il.

 

Ərizələr yalnız elektron formada, applications@nec.ro elektron poçt ünvanı vasitəsilə qəbul olunur.

 

Ünvan və əlaqə məlumatı:

Yeni Avropa Kolleci, Plantelor küç., 21, 023971 Buxarest, Rumıniya

Tel.: 0041–21–3 07 99 10

“Pontica Magna” Proqramının Yeni Avropa Kollecindəki koordinatoru:

Dr. Constantin Ardeleanu (cardeleanu@nec.ro)

Berlindəki Alman tərəfdaşı:

Dr. Katharina Biegger (biegger@wiko-berlin.de)

 

Maraqlananların ətraflı məlumat əldə etmək üçün bu keçiddən istifadə edərək, Proqramın şərtləri ilə diqqətlə tanış olmaları tövsiyyə olunur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



333.jpg
  • 20 Noyabr 2017
  • 101