Рейтинг@Mail.ru

Kiçik və orta sahibkarlarla görüşlər keçirilmişdir

  • 27 Noyabr 2017

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində verilmiş tapşırıqların icrası davam etdirilir.

 

Adı çəkilən Strateji Yol Xəritəsinin "4.2.2. Kiçik və orta sahibkarların əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi və təkmilləşdirmələr aparılması" tədbirinin icrası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna həvalə edilmişdir.  

 

Bu məqsədilə İnstitutun bir qrup əməkdaşı cari ilin senyabr, noyabr aylarında regionlara ezam edilmişlər.  

 

Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında keçirilən sorğular zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarla görüşlər keçirilmiş, onların əmək bazarı ilə əlaqəli problemləri öyrənilmiş, habelə, Dövlət Məşğulluq Xidmətlərinin rayon mərkəzlərində mövzu ilə əlaqədar görüşlər keçirilmiş, əmək bazarında mövcud vakansiyalar və işsizlər haqqında məlumatlar əldə edilmişdir.

 

Ümumilikdə aparılan sorğular zamanı ayrı-ayrı sahələr üzrə peşəkar mütəxəssislərin, müasir standartlara cavab verən avadanlıq və laborator imkanların çatışmamazlığı, təşkilati imkanların təkmillədirilməsinə olan ehtiyaclar, kadr hazırlığının ali və peşə təhsili səviyyələrinin özəl sektorla əlaqələndirilməsinin təkmilləşdirilməsi kimi bir-sıra məsələlər müəyyən edilmişdir. Eyni zamanda, sözügedən tədbirin icrası istiqamətində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi ilə birgə qurumun regional nümayəndəliklərinin təşkilati dəstəyi ilə əmək qanunvericiliyi üzrə təlimlərin təşkilinə başlanılmışdır.

 

 

  FOTO


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 



334.jpg
  • 27 Noyabr 2017
  • 89