Рейтинг@Mail.ru

Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübənin tətbiqi müzakirə edilmişdir

  • 01 Dekabr 2017

29-30 noyabr tarixlərində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib.

 

Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə Avropa İttifaqının beynəlxalq ekspertləri, Polşanın Azərbaycandakı səfirliyinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, gənclərin sahibkarlığa cəlb edilməsi və bu sahədə yeni imkanlardan danışıb.

 

Daha sonra Avropa İttifaqının beynəlxalq ekspertləri İvona Çoynovska-Haponik və Arkadiuş Tarnovski “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edib, Avropa İttifaqı ölkələrində biznes inkubatorların fəaliyyət mexanizmi barədə məlumat veriblər.

 

Seminarda ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı fikirləri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.


 

 © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 



336.png
  • 01 Dekabr 2017
  • 66