Рейтинг@Mail.ru

Ekoloji təmiz kənd təsərrüfatına dair 6-cı Beynəlxalq təlim keçirilmişdir

  • 04 Dekabr 2017

20-24 noyabr tarixlərində Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatı və Təlim Mərkəzinin (UTAEM) təşkilatçılığı ilə İzmir şəhərində “Ekoloji Təmiz Kənd Təsərrüfatı” mövzusunda 6-cı beynəlxalq təlim keçirilmişdir.

 

Təlimdə Azərbaycanla yanaşı, İran, Sudan, Pakistan, Mərakeş və Çexiyadan ümumilikdə 14 nəfər iştirakçı iştirak etmişdir.

 

5 gün davam edən təlimdə məqsəd ekoloji təmiz kənd təsərrüfatı haqqında zəngin analitik məlumatların, aparılan tədqiqatlara və həyata keçirilən layihələrə dair Türkiyənin mövcud sahədə geniş təcrübəsinin iştırakçıların diqqətinə çatdırılmasından ibarət olmuşdur.

 

Bu məqsədlə Manisa Üzümçülük, Bornova Kənd Təsərrüfatı, Atatürk Bağçılıq Mərkəzi, Zeytunçuluq və Erbeyli Əncir Elmi-Tədqiqat institutlarının, Beynəlxalq Kənd Təsərrüfatı və Təlim Mərkəzinin (UTAEM) əməkdaşları və mütəxəssislər tərəfindən təqdimatlar keçirilmiş, məruzələr dinlənilmişdir. Təlim proqramı çərçivəsində iştirakçılar Menemen və Emiralem regionlarındakı ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan istehsalçılarla və UTAEM-ə məxsus Ortaköydəki ərazi ilə tanışlıq səfəri həyata keçirilmişdir.

 

Təlimdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin böyük elmi işçisi Elnur Ələkbərov “Odlar Yurdu Azərbaycan” adlı təqdimatla çıxış etmişdir.

 







© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 




338.jpg
  • 04 Dekabr 2017
  • 59