Рейтинг@Mail.ru

İslamabad şəhərində beynəlxalq konfrans keçirilmişdir

  • 15 Dekabr 2017

12-14 dekabr tarixlərində Pakistanın İslamabad şəhərində “Qlobal iqtisadiyyatın imkanlarının və problemlərinin yenidən müəyyənləşdirilməsində rifah yolu” mövzusunda növbəti 33-cü illik beynəlxalq konfrans keçirilmişdir.

Pakistan İqtisadçılarının İnkişaf Cəmiyyətinin (PSDE), Pakistanın İnkişaf İqtisadiyyatları İnstitutunun (PIDE) və İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun (ECOSF) birgə təşkilatçılığı ilə keçirilən Konfransda Pakistandan və digər ölkələrdən iqtisadçılar, sosial sahələr üzrə elm adamları, siyasətçilər, öz sahəsinin alim və mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. 

İştirakçılar və tərəfdaşlar üçün yüksək səviyyədə öyrənmə və əməkdaşlıq imkanları verən bu konfransda dünyanın inkişaf məsələləri üzrə tanınmış mütəxəssisləri, o cümlədən, Nobel mükafatı laureatları yerli mütəxəssislərlə əməkdaşlıq edərək, Pakistanın gələcək inkişafı və iqtisadi problemlərə şüurlu cavab verməsi üçün müvafiq strategiyaların müəyyənləşdirilməsini müzakirə edirlər.

3 gün davam edən konfransda ümumilikdə (i) sənayenin inkişafı; iş yerlərinin yaradılması, xüsusi iqtisadi zonalar və şəhər salmanın inkişafı; (ii) inkişaf yollarının axtarışı; yerli təcrübələr, yeni paradiqmalar. davamlılıq və uyğunluq; (iii) innovasiya, məhsuldarlıq və iqtisadi artım; (iv) dördüncü sənaye inqilabının təsiri; robot iqtisadiyyatı, süni intellekt iqtisadiyyatı, karbon lifləri və s.; (v) kənd təsərrüfatı islahatlar; modernizasiya və aqro bazlı sənaye inkişafı; (vi) maliyyə azadlığı və biznesin inkişafı; (vii) sosial sərmayə və iqtisadi artım: tolerantlıq, uyğunluq və etimad; (viii) dəyişən qlobal və yerli landşaftda makroiqtisadi siyasət; (ix) dəyişiklik üçün əqil və bacarıq; elm-iqtisadiyyat vəhdəti; (x) regional iqtisadi inteqrasiya çıxış: Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Cənubi-Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC), Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN) kimi 10 istiqamət üzrə məruzələr dinlənilmiş, qlobal iqtisadi çağırışlardan irəli gələrək strategiyaların müəyyən edilməsi və elmə söykənən həll yollarının müəyyən edilməsi məsələləri müzakirə edilmişdir.

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru iqtisad elmləri doktoru, professor Vilayət VƏLİYEV iştirak və “Sosial sərmayə və iqtisadi artım: tolerantlıq, uyğunluq və etimad“ panel sessiyasına sədrlik və çıxış etmişdir.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

343.jpg
  • 15 Dekabr 2017
  • 731