Рейтинг@Mail.ru

Regional məsələlər üzrə vitse-prezidentlikdə ölkəmiz təmsil olunur

  • 08 Yanvar 2018

Bu günlərdə ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosasiyasının (IAEE) mənzil qərargahından xoş xəbər almışıq.

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, IAEE-nin Rəyasət Heyətinin üzvü, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev qurumun regional məsələlər üzrə vitse prezidenti seçilmişdir.

 

Qeyd edək ki, V.Vəliyev MDB məkanında ilk dəfədir ki, belə yüksək vəzifəyə seçilir.  V.Vəliyev uzun müddətdir ki, qurumla əməkdaşlıq edir, keçən il Rəyasət Heyətinin üzvü seçilmiş, IAEE-nin Şərqi Avropa və MDB üzrə fəaliyyətinin genişləndirilməsində fəal iş aparmış, əhəmiyyətli töhvə vermişdir.

 

O, 2016-ci ilin 28-31 avqust tarixlərində Bakı şəhərində (Azərbaycan) və 2017-ci ilin 12-14 oktyabr tarixlərində Zaqreb şəhərində (Xorvatiya) IAEE-nin I və II Avrasiya Konfranslarının keçirilməsində əsas təşkilatçılardan olmuşdur.

 

V.Vəliyevin bilavasitə iştirakı və səyi nəticəsində 2018-ci ilin 18-20 oktyabr tarixlərində Tbilisi şəhərində (Gürcüstan) “Avrasiya məkanın enerji təhlükəsizliyi və investisiya imkanları: regional enerji ticarəti və bazarın inkişafı” və 2019-cu ilin 17-19 oktyabr tarixlərində Astana şəhərində (Qazaxıstan) “Mərkəzi Asiyanın qabaqcıl potensialı: Mərkəzi Asiya qlobal enerji təhlükəsizliyinə necə töhvə verə bilər?” mövzularında III və IV IAEE Avrasiya konfranslarının keçirilməsi nəzərdə tutulur.    

 

Xatırladaq ki, dünyada enerji sahəsində peşəkar mütəxəssislərdən ibarət platforma rolunu oynayan bu qurum beynəlxalq cəmiyyətdir və 1977-ci ildə təsis edilmişdir. Qurumun təsis edilməsinin əsas səbəbi 70-ci illərdəki enerji böhranıdır. Belə ki, həmin dövründə enerjiyə olan tələb və təklifin qısa və uzun müddətli məsələləri, enerji iqtisadiyyatlarının mühüm problemləri və bu sahədə biliklərin son dərəcədə məhdud olmasının aşkarlanması IAEE-nin təsis edilməsi üçün ideya olmuşdur.

 

Dünyanın 100-dən çox ölkəsindən olan enerji mütəxəssisləri və iri şirkətlərini birləşdirən, peşəkar enerji mütəxəssisələri üçün məlumat və ideyaların mübadiləsi, yüksək keyfiyyətli tədqiqat, sahəvi inkişaf və potensialın artırılması imkanlarını təbliğ edən qurumun yüksək reytinqə malik “The Energy Journal”, “Economics of Energy and Enviromental Policy” kimi nüfuzlu dövrü elmi nəşrləri hazırlanır, hər il enerji sektoronun aktual məsələlərinə dair onlarla konfrans, seminar və digər elmi-praktiki tədbirləri keçirir. 

 

 

 © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 



347.png
  • 08 Yanvar 2018
  • 121