Рейтинг@Mail.ru

Tətbiqi ümumi tarazlıq modeli mözusunda seminar keçirilmişdir

  • 06 Dekabr 2015


2-4 dekabr tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərində Asiya İnkişaf Bankının maliyyə dəstəyi və CAREC Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Verilən bazası və modelləşdirmə: Tətbiqi ümumi tarazlıq modeli” mövzusunda seminar keçirilmişdir.

 

Seminarda CAREC-ə üzv ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Malik Mehdiyev də iştirak etmişdir.

 

3 gün davam edən seminarda iştirakçılara tətbiqi ümumi tarazlıq modeli, onun məlumat bazası və bu sahədə üzv ölkələrdə mövcud təcrübələrin bölüşdürülməsi barədə məlumat verilmiş, onun regional əməkdaşlıqda tətbiqinin əhəmiyyəti vurğulanmışdır.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.  

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


36.jpg
  • 06 Dekabr 2015
  • 1325