Рейтинг@Mail.ru

“InCites” analitik platformasının imkanları müzakirə edilib

  • 06 İyul 2018

İyulun 6-da İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Clarivate Analytics” Şirkəti ilə əməkdaşlıq çərçivəsində “InCites: analitik platformasının imkanları” mövzusunda seminar keçirilib. 


Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları və doktorantlar iştirak edib.


“Clarivate Analytics” Şirkətinin təhsil proqramları üzrə direktoru Valentin Boqorov seminar iştirakçılarına “InCites” analitik platformasından istifadə imkanları haqqında ətraflı məlumat verib. Bildirilib ki, elmi-tədqiqat və ali-təhsil müəssisələrində elmi fəaliyyətin səmərəli idarəolunması müasir informasiya alətlərini tələb edir. “InCites” analitik aləti konkret elm sahələri üzrə tədqiqatlarda məhsuldarlığın, həmçinin tədqiqatın nəticələrinin ölçülməsinə və monitorinqinə imkan verir. 


Sonda seminar iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.


Qeyd: Clarivate Analytics” Şirkəti əqli mülkiyyətə dair məlumat bazalarını, informasiya sistemlərini idarə edir. Şirkətin xidmətlərə “Web of Science”, “Cortellis”, “Derwent Innovation”, “Derwent World Patents Index” və digərləri daxildir.  

Ümumilikdə Şirkət patentin analizi, hüquqi tənzimləmə standartları, əczaçılıq və biotexnoloji tədqiqatlar, ticarət markalarının və brendin mühafizəsi, əqli mülkiyyətin idarəolunması üzrə analitik təhlillər, o cümlədən, nəzəri və praktiki tədqiqatların aparılması üzrə ixtisaslaşıb. 



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


370.png
  • 06 İyul 2018
  • 225