Рейтинг@Mail.ru

Əməkdaşlıq memorandumu imzalanıb

  • 06 İyul 2018

İyulun 6-da İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İnstitutun Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası çərçivəsində təşkil edilən tədbirdə perspektiv əməkdaşlıq imkanlarına dair geniş müzakirə aparılıb.


 Görüşdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.


Memorandumda elmi-tədqiqatların aparılmasının təşkili, metodiki əməkdaşlıq, layihələrin qiymətləndirilməsi və analitik təhlillərin aparılması, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işinin təşkili məqsədilə treninqlərin, ixtisasartırma kurslarının keçirilməsi, insan kapitalının keyfiyyətinin yüksəldilməsi və s. sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


371.png
  • 06 İyul 2018
  • 291