Рейтинг@Mail.ru

Məqalələrin qəbulu elan olunur!

  • 10 Avqust 2018

BELARUS MİLLİ ELMLƏR AKADEMİYASININ

“SİSTEM TƏHLİLİ və STRATEJİ  ARAŞDIRMALAR MƏRKƏZİ”

DÖVLƏT ELM MÜƏSSİSƏSİ

 

MƏQALƏLƏRIN QƏBULUNU ELAN EDİR!

 

 

Belarus Milli Elmlər Akademiyasinin “Sistem Təhlili və Strateji  Araşdirmalar Mərkəzi” Dövlət Elm Müəssisəsi əsasında 20-21 sentyabr 2018-ci il tarixində Minsk şəhərində  İntellektual iqtisadiyyat üzrə beynəlxalq konqress çərçivəsində keçiriləcək "Elm-Texnologiyalar - İnnovasiyalar" Sistemi: metodologiya, təcrübə, perspektivlər» mövzusunda  beynəlxalq elmi-praktik konfransda iştiraka dair məqalələrin qəbulunu  ELAN EDİR!

 Konfransda Aktual trendlər, modellər və elmi-texniki sahənin inkişafının proqnozları, "Elm-istehsalat" sistemində texnologiyaların yayılmasının prosesləri, İnnovasiya inkişafının infrastrukturu və resurslarının elmi və praktiki problemlərinə dair məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

Konfransın işinin nəticələrindən aslı olaraq materiallar  toplusunun dərc olunması nəzərdə tutulur.

Konfransın işçi dili Belarus, rus, ingilis dilləridir.  (sinxron tərcümə nəzərdə tutulmayıb)

Məruzələr  10 sentyabr 2018 il tarixinədək conf2018STI@gmail.com elektron-poçt ünvanında qəbul olunur.

 Maraqlananların Konfransın rus dilində məlumat vərəqəsi ilə diqqətlə tanış olmaları tövsiyyə olunur.

 Ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri:

 Tel.: +375 17 284-18-92;   +375 17 294-92-63

E-poçt ünvanı:  conf2018STI@gmail.com 

İnternet səhifə: http://center.basnet.by/nauka-technologii.htm

 

 

  © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

375.png
  • 10 Avqust 2018
  • 216