Ticarət siyasəti və beynəlxalq ticarət üzrə
yüksək keyfiyyətli tədqiqat işlərinin təşviq edilməsi məqsədilə Ümumdünya
Ticarət Təşkilatı tərəfindən “Gənc iqtisadçılar üçün inşa müsabiqəsi” elan
edilmişdir.
Müsabiqədə doktorantura (PhD) pilləsini bitirmiş
və ya bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Göstərilən tələblərə
uyğun gələn namizədlər ən çoxu 15000 sözdən ibarət olan tədqiqat işlərini,
tərcümeyi-hal (CV) ilə birlikdə 1 iyun 2014-cü il tarixinədək
essay.award@wto.org elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqənin yekunları haqqında qərar 2014-cü
ilin 15 iyul tarixinədək qəbul ediləcək, qaliblərə 5000 İsveçrə frankı
məbləğində mükafat veriləcəkdir.
Qaliblərin səfər xərcləri ÜTT tərəfindən
ödəniləcəkdir.
Maraqlananlar
http://www.wto.org/english/news_e/news14_e/rese_24feb14_e.htm internet
səhifəsindən ətraflı məlumat əldə edə bilərlər.
©
İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.