21-25 aprel 2014-cü il
tarixlərində Belçikada yerləşən “EcoMod Network” Şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində İqtisadi
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndələri üçün ”GAMS” proqram
paketi vasitəsilə praktiki ÜTM modelləşdirməsi” (“Practical CGE Modeling with
GAMS”) mövzusunda təlim və 26 aprel 2014-cü il tarixində isə İƏT-in “İqtisadiyyat”
jurnalının Redaksiya Heyətinin 2-ci iclası keçiriləcəkdir.
Tədbirlərin təşkil edilməsinə məsul təşkilat İƏT-in Bakıdakı Tədqiqat Mərkəzidir.
Qeyd: İƏT-in
“İqtisadiyyat” jurnalının baş redaktoru İqtisadiyyat və Sənaye Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevdir.
TƏŞKİLAT KOMİTƏSİ
© İstifadə zamani www.ier.az
saytına istinad zəruridir.