Рейтинг@Mail.ru

Sahibkarların və maraqlananların nəzərinə!

  • 20 Dekabr 2018

Belarus Milli Elmlər Akademiyasının

“TOP-100 Texnoloji Yeniliklər” Kataloqu çapdan çıxmışdır

 

Belarus Milli Elmlər Akademiyasının "Belarus Milli Elmlər Akademiyasının təşkilatlarının TOP-100 elmi nəticələri və texnoloji yenilikləri" adlı məlumat kataloqu çapdan çıxmışdır.                                              

Sözügedən nəşrdə Belarus Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən təşkilatların elmi, elmi-texniki nəticələri və texnoloji yenilikləri haqqında məlumatlar öz əksini tapmışdır.                                                                                                                                                                             

 Kataloq ümumilikdə üç hissədən ibarətdir.

I bölmədə - "Tamamlanmış tapşırıqlar üzrə alınmış elmi, elmi - texniki nəticələr, müxtəlif növ dövlət proqramları üzrə fəaliyyətlər, 2017-ci ildə tədqiqat layihələrinin həyata keçirilməsi üçün digər müqavilələr";

II bölmədə - "Əvvəlki dövrün müxtəlif inkişaf proqramları çərçivəsində əldə edilmiş elmi və texniki yeniliklər, 2017-ci ildə iqtisadiyyatın inkişafı (tətbiqi) həyata keçirilmiş işlər";

III bölmədə -  "Belarus Milli Elmlər Akademiyasının elmi qurumları tərəfindən hazırlanmış və istehsal olunan elmi məhsullar, 2017-ci ildə iqtisadi sektorlara göstərilmiş xidmətlər"daxil edilmişdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin elektron formada bu keçiddən istifadə etməklə əldə etmək olar. 


                                                                                                                                                                                           Buklet (*.PDF)  


 


         © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


418.png
  • 20 Dekabr 2018
  • 864