Рейтинг@Mail.ru

"Davamlı inkişaf üçün təbii resurslar" mövzusunda təlim qəbul elan edir!

  • 27 Ferval 2019

"DAVAMLI İNKIŞAF ÜÇÜN TƏBİİ RESURSLAR"

mövzusunda üç mərhələli təlimə


QƏBUL ELAN OLUNUR!


(Bakı şəhəri, Xəzər Universiteti, Avrasiya Mərkəzi)


Avrasiya Mərkəzinin məzunları və bütün maraqlı tərflər seminarda iştirak edə bilər. Təlim mədən sənayesində resursların səmərəli idarə olunması sahəsində nəzəri və praktiki biliklərini təmin edəcəkdir. Təlimin "online" və əyani mərhələlərindən ibarət olmaqla, yazılı tapşırıqlarla başa çatdırılması planlaşdırılır. 

"Onlayn" mərhələdə (25 mart - 20 may 2019-cu il tarixlərində) iştirakçılara resursların idarə olunması ilə bağlı əsas bilik verilməsi nəzərdə tutulur. "Onlayn" tapşırıqları uğurla yerinə yetirən iştirakçılar aşağıda qeyd olunmuş tematik sahələrdən birini seçməklə təlimin əyani mərhələsində (20-28 iyun 2019-cu il tarixlərində) iştirak hüququ qazanacaqlar.


Tematik mövzular

Sərfəli sazişi əldə etmək: maliyyə rejimin inkişafı və təhlili

Gəlirlərin paylanması, idarə edilməsi və istifadəsi


Həmçinin, təlimin yekununda, final tapşırığı olaraq, iştirakçılar, moderatorların nəzarəti ilə qazanılmış biliklərin həyata keçirilməsinə dair tədqiqat işləri və ya hesabat yazacaqlar. 

Son mərhələ: 01 oktyabr 2019-cu il.

Təlim üçün son qeydiyyat tarixi 20 mart 2019-cu ildir. 


Təlim barədə ətraflı məlumatın aşağıda qeyd olunan keçidlərdən əldə olunması tövsiyə olunur:

http://eurasiahub.khazar.org/?option=view_statti&id_statti=55&id_cat=2

http://eurasiahub.khazar.org/?lang=ru

 

Təşkilat Komitəsi

Aysel Axundova, 

Əlaqə meneceri, Avrasiya Mərkəzi

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 


424.png
  • 27 Ferval 2019
  • 311