Рейтинг@Mail.ru

Şanxayda “Beynəlxaq Tədqiqat Təqaüd - 2019” Proqramı elan edilir

  • 13 Mart 2019

Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən Şanxay Açıq Universiteti (ŞAU) 2019-cu il üzrə qısa müddətli “Beynəlxaq Tədqiqat Təqaüd-2019” Proqramına qəbul elan edir.

 

Proqramın məqsədi ŞAU-nı ziyarət edən tədqiqatçı və mütəxəssislərlə biliklərin mübadiləsi və əməkdaşlıq platformasının formalaşdırılmasından ibarətdir.  

 

10 – 21 iyun 2019-cu il tarixlərində təşkil edilməsi planlaşdırılan cari proqrama 15 nəfər tədqiqatçı qəbul ediləcək və səfərlə bağlı bütün xərclər ŞAU tərəfindən ödəniləcək.

 

Namizədlərə dair tələblər:

- Distant təhsildə müvafiq tədris və ya tədqiqat təcrübəsi olmalı;

- Magistr dərəcəsinə sahib olmalı, müəssisələrdə müəllim və ya vəzifəli şəxs olmalı;

- Yazı və şifahi İngilis dili bacarığı olmalı;

- Bütün rəsmi fəaliyyətlər üçün iş dili ingilis dilidir;

- Sağlıqlı olmalı;

- Yuxarıda göstərilən tələblərdən başqa, inzibati idarə etmə təcrübəsinə malik olmalı və ya ŞAU ilə birgə tədqiqat işi ilə  məşğul olan namizəd olmalıdı.

 

Müraciət üçün son tarix29 Mart 2019-cu il.

 

Ünvan və əlaqə məlumatları:

xanım Dorothy Tang,

Layihə Meneceri Beynəlxalq Mübadilə İnstitutu Sanxay Açıq Universiteti (ŞAU)

 

E-poçt: tanghf@sou.edu.cn2383467916@qq.com

Telefon: +86 21 2565 3412

Faks: +86 21 25653267

Mobil: +86 13671627400

 

Maraqlananların ətraflı məlumat əldə etmək üçün http://global.sou.edu.cn/ , http://iie.sou.edu.cnhttps://www.facebook.com/n/?shanghaiopenuniversity keçidlərindən istifadə edərək, Proqramın şərtləri ilə diqqətlə tanış olmaları tövsiyə olunur.

 

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.



426.png
  • 13 Mart 2019
  • 239