Рейтинг@Mail.ru

4-cü Avrasiya Beynəlxalq Konfransı keçiriləcək

  • 01 Aprel 2019

17-19 oktyabr 2019-cu il tarixlərində Qazaxıstanın Nazarbayev Universitetində "Xəzər və Mərkəzi Asiyanın enerji resursları: regional və qlobal perspektivlər" mövzusunda 4-cü Avrasiya Beynəlxalq Konfransı təşkil ediləcək.

Konfrans Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının (IAEE) təşkilatçılığı ilə keçirilir.

Konfransda enerji məsələrinə dair ümumi baxış və potensial əhəmiyyəti də daxil olmaqla, Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar - tələb və təklif, enerji bazarları və tənzimləmə və s. istiqamətlərdə problem məsələlərin müzakirəsi nəzərdə tutulur.

Konfransda iştirak ödənişlidir.

Maraqlananların elanın ingilis dilində mətni ilə diqqətlə tanış olmaları tövsiyyə olunur: http://www.eurasianconference.com/abstractformat.  

 

Qeyd edək ki, IAEE, beynəlxalq səviyyədə enerji və onunla bağlı məsələlərə cəlb olunan biznes, hökumət, akademik və digər peşə sahiblərini əlaqələndirən qeyri-kommersiya təşkilatıdır. 1977-ci ildə təsis edilən bu qurumun hazırda 100-dən çox ölkədə üzvləri vardır.

“Xəzər Regionunun İnşkiaf Edən Enerji İqtisadiyyatı: Çətinliklər və İmkanlar” mövzusunda IAEE-nin ilk Avrasiya Konfransı 28-31 avqust 2016-cı il tarixlərində Bakıda, “Avrasiyada Enerji: Çağırışlar, Risklər və İmkanların İqtisadi Perspektivləri” mövzusunda 2-ci Konfransı 13-14 oktyabr 2017-ci il tarixlərində Zaqreb şəhərində (Xorvatiya), “Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin Təsiri” mövzusunda 3-ci Konfransı 18-20 oktyabr 2018-ci il tarixlərində Bakıda keçirilib.

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

428.png
  • 01 Aprel 2019
  • 306