Рейтинг@Mail.ru

Elm, Texnologiya, İnnovasiya Siyasəti (ETİS) Beynəlxalq təlim proqramına qəbul elan edir!

  • 16 Aprel 2019


 

                                            ELM, TEXNOLOGİYA, İNNOVASİYA SİYASƏTİ (ETİS) VƏ İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ

                                                        İDARƏETMƏ ÜZRƏ BEYNƏLXALQ TƏLİM PROQRAMINA

 

QƏBUL ELAN EDİR!

 

(Kuala Lumpur, Malayziya)

(17-21 İyun 2019)

 

Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək təlim, YUNESKO-nun himayəsi altında Beynəlxalq Elm,Texnologiya və İnnovasiya Mərkəzinin (BETİM) təşkilatçılığı ilə baş tutacaq. Proqramın məqsədi, 2030 Davamlı İnkişaf Gündəminin tətbiqindəki ehtiyacları gündəmə gətirərək bu istiqamətdə görüləcək işləri müəyyənləşdirməkdir.

 

Təlim, əsasən 2 məqsəd üzərində formalaşacaq. Birinci məqsəd, Iştirakçıların, 2014-cü ildə İTPS təlim proqramında ilk dəfə təqdim olunmuş, OMAR modelindən istifadə edərək milli məqsədləri dəstəkləmək üçün ETİS siyasətinin əsas elementlərini anlaması, digər məqsəd isə SDG-ə müraciətdə OMAR Modelinin şablonlarının tətbiq edilməsidir.

 

Namizədlərə dair tələblər:


                  ·                     Ölkələrində ETİS siyasətinin hazırlanması və həyata keçirilməsində  

       iştirak edənlər;

 

    ·                     Hökumət təşkilatının orta və yuxarı səviyyəsində idarə etmə  

      funksiyalarını həyata keçirənlər;

 

    ·                     Əla səviyyədə şifahi və yazılı İngilis dili bilgisi olanlar:

 

17-21 iyun 2019-ci il tarixlərində 5 günü əhatə edəcək təlimdə, iştirakçıların, ETİS siyasəti və İdarə etmə ilə bağlı əsas prinsiplərin öyrənilməsində, layihələr vasitəsilə ETİS idarə etmə sahəsində ən yaxşı təcrübələrin tətbiq edilməsində, əsas səlahiyyətlərin əldə edilməsində, siyasət  və İdarəetmə, həmçinin siyasət cavablarının inkişafında və siyasətin həyata keçirilməsi, texnoloji idarəetmədə ən yaxşı təcrübələrin tətbiqində, ETİS  siyasətini təmin etmək üçün insan kapitalını inkişaf etdirməkdə, milli İnnovasiya sistemi üçün dəstək sistemlərinin yaradılmasında, eləcə də  milli potensialın gücləndirilməsi proqramlarında fəal iştirak etmələri planlaşdırılır.

 

Təlimə dair İştirakçıların yerli qonaqlaması, qarşılama paketi, qonaqlama və ərzaqla təmin edilməsi təşkilatçı tərəfindən təmin ediləcək, iştirakçıların şəhərə səyahət xərclərinin ödənilməsi üçün isə yerli təşkilatlardan səyahət qrantları əldə etmələri tələb olunur.

 

Təlim üçün son qeydiyyat tarixi 30 aprel 2019-cu ildir. 

 

Təlim barədə ətraflı məlumatın aşağıda qeyd olunan keçidlərindən əldə olunması tövsiyə olunur:  

www.istic-unesco.org. və https://goo.gl/forms/kikKTnpf3mFN5zlI3

 

 

 

Ünvan və Əlaqə vasitələri:

 

Abdul A'dzim Bin Abd Rashid

Layihə Meneceri, ISTIC

YUNESKO-nun himayəsi altında Cənub-Cənub əməkdaşlığı üçün

902-4  l  JalanTun Ismail  l  50480 Kuala Lumpur  l  Malaysia

Mobile: +6019-933 7896  l  Email: adzim@istic-unesco.org

Fax: +603-2698 4549  l  Email: istic.unesco@gmail.com

 

© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

 

 

 

 

 

430.png
  • 16 Aprel 2019
  • 356