Рейтинг@Mail.ru

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin işçi qrupunun iclası və “Milli tədqiqatların praktiki tətbiqi” mövzularında seminar keçirilib

  • 13 İyun 2019

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrasına dair komissiya üzvlərinin iclası və “Milli tədqiqatların praktiki tətbiqi”  mövzusunda seminar təşkil edilib. Layihə çərçivəsində Milli tədqiqatların tətbiqi məsələsi vacib yer tutduğu vurğulanıb. Seminarda sənaye sektorunda innovativ təkliflərin tətbiqinin təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu və komissiyanın üzvləri, özəl sektor təmsilçiləri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev, eləcə də layihənin icra edildiyi Xızı, Siyəzən, Şabran, Quba Rayon İcra hakimiyyətlərinin və digər qurumların nümayəndələri layihə üzrə görülmüş tədbirlər barədə iştirakçılara məlumat veriblər.

Mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin çərçivəsində tətbiqi nəzərdə tutulan yerli elmi layihələrdən biri də Milli Aviasiya Akademiyasının təklif etdiyi ozonlaşdırma texnologiyasının kənd təsərrüfatı məhsulları istehsalında tətbiqi məsələsidir. 

Bununla əlaqədar tədbirdə Milli Aviasiya Akademiyasının Konstruktor bürosunun rəisi Telman Nizamovun layihə çərçivəsində ozon texnologiyasının tətbiqi imkanlarına dair təqdimatı dinlənilib.



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

439.jpg
  • 13 İyun 2019
  • 132