Рейтинг@Mail.ru

Zərdabda barama istehsalı ilə tanışlıq

  • 17 İyul 2019

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın Tədbirlər Planının “Barama istehsalı və emalı sahəsində innovativ layihələrin dəstəklənməsi” tədbiri üzrə icraçı qurum olan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən tədbirin icrası istiqamətində işlər davam etdirilir.

 

Bununla əlaqədar olaraq, İnstitutun əməkdaşları Qəndaf Rzayeva və Şəhla Əliyeva 11-15 iyul 2019-cu il tarixlərində Zərdab rayonuna ezam olunublar.

 

Əməkdaşlar səfər çərçivəsində Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə barama təsərrüfatlarında kümçülərlə söhbətlər aparıb, onlar arasında sorğu keçirib, bu sahədə mövcud vəziyyətlə yaxından tanış olublar.

 

İnstitut əməkdaşları, həmçinin 14 hektar ərazidə 250 min ədəd tut tinginin əkildiyi sahədə olublar.



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 


440.jpg
  • 17 İyul 2019
  • 192