Рейтинг@Mail.ru

Kiyevdə keçirilən Elmi-Praktik Konfransda Azərbaycanı İİETİ təmsil etmişdir

  • 23 Sentyabr 2019

19-20 sentyabr 2019-cu il tarixlərində Ukraynanın  Kiyev şəhərində Ukrayna Təhsil və Elm Nazirliyi, "Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu" Dövlət Elm Qurumu, "Ukrayna Milli Elmlər Akademiyasının İqtisadiyyat və Proqnozlaşdırma İnstitutu" Dövlət Qurumu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun  (ISRER) təşkilatçılığı ilə "İnformasiya Cəmiyyətinin Qurulması: Ehtiyatlar və Texnologiyalar" mövzusunda XVIII Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir.

Konfransda Azərbaycanla yanaşı, Belarusiya, Qazaxstan, Moldova, Polşa və Niderlandan olan mütəxəssislər iştirak etmişdir.

Konfransda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində cəmiyyətin formalaşması və müasir meyllər, texnoloji təhlükəsizlik, rəqəmsal məlumatların qorunması, süni əqli texnologiyalar, elektron arxiv və köşklər, böyük həcmli məlumatlar, yeni iş və ünsiyyət formaları, analitik təhlil və marketinq tədqiqatlarında sosial şəbəkələrin rolu kimi mövzuların müzakirəsi aparılmışdır.

Qeyd edək ki, konfransda ölkəmizi İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları təmsil etmiş və Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu ilə İİETİ arasında elmi sahədə əməkdaşlığa dair memorandum imzalanmışdır. 


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

449.jpg
  • 23 Sentyabr 2019
  • 93