Рейтинг@Mail.ru

Pakistanın Lahor şəhərində Beynəlxalq Konfrans keçiriləcəkdir

  • 12 İyul 2014


9-11 oktyabr 2014-cü il tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun Pakistanın Forman Christian Kolleci ilə birgə əməkdaşlıq çərçivəsində Pakistanın Lahor şəhərində “Təbiət elmlərində davamlı inkişafın yeni tendensiyaları” (Emerging Trends in Life Sciences for Sustainable Development) mövzusunda Beynəlxalq Konfrans keçiriləcəkdir.

 

Konfransda iştirak etmək istəyən ingilis dilində 250 söz həcmində qısa xülasəsini 30 avqust 2014-cü il tarixinədək etls2014@fccollege.edu.pkregistry.ecosf@eco4science.org elektron poçt ünvanlarına göndərməli, həmçinin ödənişli qeydiyyatdan keçməlidirlər.

 

Seçilmiş məqalə müəlliflərinin yol və mehmanxana xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

 

Tədbirə İƏT-ə üzv ölkələrin alimləri dəvət olunurlar. Konfransın işçi dili ingilis dilidir.  Əlavə məlumat almaq istəyənlər ingilis dilində məlumat vərəqəni və qeydiyyat formasının yükləyərək tanış ola bilər və yaxud Kollecin internet səhifəsindən http://www.fccollege.edu.pk/academics/departments/academic-departments/department-of-biological-sciences/etls2014  məlumat əldə edə bilərlər.

 

Məlumat vərəqəsi (ingilis dilində)

Qeydiyyat vərəqəsi (ingilis dilində)

  

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


45.jpg
  • 12 İyul 2014
  • 1408