Рейтинг@Mail.ru

İİETİ KOB-ları əmək qanunvericiliyi ilə bağlı maarifləndirib

  • 15 Oktyabr 2019

Azərbaycan Respublikası Prezidentinin 06.12.16. tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malların istehsalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının “4.2.2. Kiçik və orta sahibkarların əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi və təkmilləşdirmələr aparılması” yarımbəndinin icrası istiqamətində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB Dostları ilə birlikdə sentyabr-oktyabr 2019-cu il tarixlərində Şəki-Zaqatala, Gəncə-Qazax, Aran və Quba-Xaçmaz iqtisadi rayonlarında sahibkarlarla görüş və əmək qanunvericiliyi ilə bağlı təlimlər keçirib. Təlim çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən təşkil edilən peşə hazırlıq kursları barədə sahibkarlara geniş məlumat verilib. Bəndin icrası ilə əlaqədar hazırlanmış “Əmək qanunvericiliyi üzrə yaddaş kitabçası” sahibkarlara və digər maraqlı şəxslərə təqdim olunub. Eyni zamanda, müxtəlif sahələrdə fəaliyyət göstərən qadın sahibkarların da əmək qanunvericiliyi barədə maarifləndirilməsi təmin edilib.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir. 

450.jpg
  • 15 Oktyabr 2019
  • 166