Рейтинг@Mail.ru

Elmi-tədqiqat qurumları ilə sənaye müəssisələrinin əməkdaşlığı müzakirə edilib

  • 13 Dekabr 2019

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun (İİETİ), Təhsil Nazirliyinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib.

Tədbir “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına, ağır sənaye və maşınqayırmanın inkişafı üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq, elmi-tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkil edilib.

Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən görüşdə ağır sənayenin inkişaf perspektivlərinin öyrənilməsi, müəssisələr arasında korporativ əlaqələrin qurulması, ixtisaslı kadr hazırlığında işəgötürənlərlə əməkdaşlıq və s. məsələlərlə bağlı müzakirələr aparılıb. Tədbirdə, həmçinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


455.jpg
  • 13 Dekabr 2019
  • 663