Рейтинг@Mail.ru

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu AMEA Yüksək Texnologiyalar Parkı ilə müqavilə imzalayıb

  • 26 Dekabr 2019

26 dekabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilədə elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsi imkanlarının artırılması, gənclərin elmi maarifləndirilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması, onlara elmi-innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərilməsi və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.



© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

457.png
  • 26 Dekabr 2019
  • 547