Рейтинг@Mail.ru

Elan

  • 25 İyul 2014


Azərbaycan Respublikası  İqtisadiyyat və Sənaye Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

 

Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı magistrant və doktorantlar arasında “Sənayenin inkişaf perspektivləri” mövzusunda elmi məqalə

 

MÜSABİQƏSİ ELAN EDİR

 

 

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

 

-          Məqalələr Azərbaycan, rus və türk dillərinin hər hansı birində olmalı;

-          Müəllif magistratura və ya doktorantura pilləsində təhsil almalı;

-          Məqalə 10-15 səhifə həcmində olmalı (digər tələblər: 14 yazı ölçüsü, Times New Roman formatı və 1.5 sətir aralığı);

-          Mənbələrə istinad edilərək müəllif hüquqlarına ciddi şəkildə riayət olunmalıdır.

 

 MÜSABİQƏNİN İSTİQAMƏTLƏRİ

·         Emal sənayesi;

·         Mədənçıxarma sənayesi;

·         Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı;

·         Su təchizatı, tullantıların təmizlənməsi və emalı.

 

Məqalələr 2014-cü ilin sentyabr ayının 15-dək elektron formada senayemusabiqe@gmail.com  poçt ünvanına təqdim edilməlidir.

- Müsabiqəyə təqdim olunmuş məqalələr İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış

Komissiya tərəfindən 25 sentyabr 2014-cü il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.

      Müsabiqə iştirakçıları aşağıdakı şəkildə mükafatlandırılacaqdır:

·      Birinci yer – 1 nəfər - 1000 AZN;

·      İkinci  – 1 nəfər - kompüter;

·      Üçüncü yer – 1 nəfər - planşet;

·      Həvəsləndirici yer – 3 nəfər - müxtəlif hədiyyələr.

 

Müsabiqə ilə bağlı əlavə məlumatı əlaqələndirici şəxsdən almaq olar:

İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (Ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti, 88A, 6-cı mərtəbə, 608-ci otaq, tel - 430-01-70, Aynur Hüseynova)

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


47.png
  • 25 İyul 2014
  • 1271