Рейтинг@Mail.ru

Doktoranturada təhsil almaq istəyən şəxslərin nəzərinə!

  • 08 İyun 2021

Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli və 5 iyun 2021-ci il tarixli qərarlarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatına başlayıb.

Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydasına müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidirlər.


Ətraflı məlumat üçün: http://dim.gov.az/news/6701/


© İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.

471.jpg
  • 08 İyun 2021
  • 511