Рейтинг@Mail.ru

“Sənayenin inkişaf perspektivləri” mövzusunda elmi məqalə müsabiqəsinin yekunlarına dair tədbir keçirilmişdir

  • 30 Dekabr 2014


Dekabrın 30-da İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun "Sənaye ili" ilə əlaqədar olaraq tələbələr (magistrlər) və doktorantlar arasında təşkil etdiyi "Sənayenin inkişaf perspektivləri" mövzusunda elmi məqalə müsabiqəsinin yekunlarına dair tədbir keçirilmişdir.

 

Tədbirdə İqtisadiyyat və Sənaye, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və "SOCAR-AQŞ" MMC-nin nümayəndələri iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edildiyini və ölkə sənayesinin inkişafı istiqamətində il ərzində bir çox tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, "Sənaye ili" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə tələbələr (magistrlər) və doktorantlar arasında "Sənayenin inkişaf perspektivləri" mövzusunda elmi məqalə müsabiqəsi təşkil edilmişdir. Bu gün yekun vurulan elmi məqalə müsabiqəsinə müxtəlif universitetlərin tələbələri (magistr) və doktorantları tərəfindən sənayenin müxtəlif istiqamətlərinə dair məqalələr təqdim olunmuşdur. Bu işlər Müsabiqə Komissiyasının üzvləri tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyənləşdirilmişdir.

 

Tədbirdə qaliblər elan olunmuş və hədiyyələr təqdim edilmişdir. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçılarının iştirakı qeyd olunmuş və onlar mükafatlandırılmışlar.

 

 

© İstifadə zamani www.ier.az saytına istinad zəruridir.


54.png
  • 30 Dekabr 2014
  • 1349