Рейтинг@Mail.ru

İnnovasiyaların Təşviqi Qrupunun növbəti iclası keçirilmişdir

  • 22 Dekabr 2014

Dekabrın 19-da innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun II iclası keçirilmişdir.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru və İnnovasiyaların Təşviqi Qrupunun rəhbəri Vilayət Vəliyevin sədrliyi ilə keçirilən iclasda müalicəvi Naftalan neftinin tullantılarının təmizlənməsi və qətransızlaşdırılmış “Ağ Naftalan”ın alınma üsulu və neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün hazırlanmış qurğu layihəsi və s. məsələlər müzakirə edilmişdir.

 

Sonda layihələrin texnoloji-ekspertizaya göndərilməsi və müvafiq ekspertlərin iştirakı ilə növbəti iclasda müzakirə olunaraq, yekun qərarın qəbul edilməsi təklif edilmiş, yeni layihə təkliflərinin təqdim olunmasına dair fikir mübadiləsi aparılmış və Qrupun III iclasının vaxtı müəyyən edilmişdir.

 

        

        © İstifadə zamanı www.ier.az saytına istinad zəruridir.


55.png
  • 22 Dekabr 2014
  • 1120